“Sehrli xalat”ın 50 illiyi qeyd olundu

sehrli-xalatin-50-illiyi-qeyd-olundu
Oxunma sayı: 960


“Qafqazinfo”nun məlumatına görə,  Mədəniyyət və Turizm nazirliyinin təşkilatçılığı ilə baş tutan yubiley tədbirində filmin rejissoru Əlisəttar Atakişiyev, ekran əsərində çəkilmiş Əliağa Ağayev, Möhsün Sənani, Ağahüseyn Cavadov, Anatoli Falkoviç, Hüseynağa Sadıxov kimi sənətkarlar yad edilib, çəkilişlərlə bağlı maraqlı hadisələrdən söz açılıb.  Cavid İmamverdiyevin hazırladığı ssenari əsasında çəkilmiş videoçarx və Nizami rayonunun Mədəniyyət Mərkəzinin əməkdaşı Rəna Kərimovanın rəhbərlik etdiyi  olan uşaq qrupu öz mahir çıxışları ilə tamaşaçıları sevindiriblər. 

Yubileyin ən maraqlı məqamlarından biri filmdə  çəkilmiş aktyorlar  arasında xaricdə yaşayan, Zərifə obrazını yaratmış S.Hətəmovanın, Y.Şeyxovun A. Mustafayevanın  film haqqında xatirələri maraqla qarşılanıb. 

Təqdimat mərasimində mədəniyyət və turizm nazirliyinin əməkdaşları,  sənət adamları və digər qonaqlar iştirak edib. 

Qonaqlar Nizami Kino Mərkəzinin foyesində əfsanəvi filmlə bağlı  Dövlət Film Fondunun təşkil etdiyi foto sərgi ilə də tanış olublar. Könül