“Selena”nın “Nazlı”sı nişanlandı - Fotolar

selenanin-nazlisi-nisanlandi
Oxunma sayı: 422

Türkiyənin bir zamanlar populyar serialı olan “Selena”nın “Nazlı”sı evlilik yolunda ilk addımını atıb.

“Qafqazinfo” xəbər verir ki, aktrisa Dilara Kurtulmuş bunu instaqram hesabında paylaşıb.

O, sevgilisi Umutcan Ekmezlə nişanlanıb.

Serialdakı tərəf müqabili Gizem Güven onu xoş günündə tək qoymayıb.

Qeyd edək ki, Dilara Kurtulmuş hazırda aktrisa kimi fəaliyyət göstərmir. O, sosial mediada aktivdir və hələlik televiziya layihələrinə qayıtmağı düşünmədiyini açıqlamışdı.