“Səninlə həyat adlı filmdə olmaq ən gözəl hekayədir” - Video

seninle-heyat-adli-filmde-olmaq-en-gozel-hekayedir
Oxunma sayı: 964

Bu gün Əməkdar İncəsənət Xadimi, rejissor Elxan Cəfərovun 59 yaşı tamam olur.  

“Qafqazinfo” xəbər verir ki, rejissorun aktrisa həyat yoldaşı Gülzar Qurbanova onu paylaşdığı video ilə təbrik edib.

“Günəş hər axşam batır. Yenidən doğmaq üçün üfüqün o tayına keçir. Biz də çox vaxt qürubun içindən keçirik-yenidən doğulmaq üçün. Biz bu həyat adlı filmin qəhrəmanlarıyıq, kadrın içindən keçirik və həyat bizi çəkir-rejissoru görünməyən bir film kimi.  Mən inanıram ən gözəl kadrlar hələ qabaqdadır. Səninlə həyat adlı filmdə olmaq ən gözəl hekayədir. Həyatda mən “Mauqli”yə bənzəsəm də, kinomuzun “Mauqli”si sənsən. Qoy içimizdəki o azad ruh həmişə diri qalsın, qorxmadan, səmimi və sadə. Doğum günün mübarək!”, - G.Qurbanova çəkiliş meydançasında birlikdə görüntüləndikləri videoya şərhində qeyd edib.

Xatırladaq ki, Elxan Cəfərov aktyor kimi də filmlərdə rol alıb, eyni zamanda, bir çox ekran işinin rejissorudur. O, aktyor kimi “Şir evdən getdi” (rol: Rüstəm), “Mən mahnı qoşuram” (rol: Nadir), “Bağ mövsümü” (rol: Adil), “Beşmərtəbəli evin altıncı mərtəbəsi” (rol: Zaur) və başqa filmlərdə rol alıb. “Məhbus”, “Əlvida”, “Qarabağdır Azərbaycan”, “Dolu”, “Yarımçıq xatirələr”, “Akinak” və.s filmlərin rejissorudur. 

Elxan Cəfərov və Gülzar Qurbanova 1992-ci ildə ailə həyatı qurub. Onların bir qız övladı var.