SEPAH Küveytdəki ABŞ bazalarını vurdu

sepah-kuveytdeki-abs-bazalarini-vurdu
Oxunma sayı: 383

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Küveytdə ABŞ-yə məxsus pilotsuz uçuş aparatlarının (PUA) anqarlarına və aviasiya yanacağı çəninə zərbələr endirib.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Korpusun mətbuat xidməti bəyanat yayıb.

“Bu gün səhər “Qələbə-2” əməliyyatının davamı olaraq və təcavüzkarın cəzalandırılması çərçivəsində ABŞ-nin “Əli əs-Salem” aviabazasına endirilən zərbə nəticəsində pilotsuz uçuş aparatları üçün iki anqar və hərbi təyyarələrlə helikopterlər üçün aviasiya yanacağı çəni məhv edilib”, – deyə bəyanatda vurğulanır.

Qeyd edək ki, İran hərbçiləri ABŞ-nin regiondakı infrastrukturuna zərbələrin amerikalılar bölgədən tamamilə qovulanadək davam edəcəyini bildiriblər.