Şərqi Zəngəzuru Naxçıvanla yaxınlaşdıran körpü hazırdır

serqi-zengezuru-naxcivanla-yaxinlasdiran-korpu-hazirdir
Oxunma sayı: 764

“Ağbənd–Kəlalə avtomobil körpüsünün tikintisi artıq başa çatıb və sərhəd-gömrük infrastrukturunun inşası tamamlandıqdan sonra körpünün istismara verilməsi nəzərdə tutulur”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri  Bakıda keçirilən iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Azərbaycan-İran Dövlət Komissiyasının 17-ci iclasında Baş nazirin müavini Şahin Mustafayev deyib.

O bildirib ki, sözügedən layihə Şərqi Zəngəzur iqtisadi rayonunu Naxçıvanla ən qısa və səmərəli marşrutla birləşdirəcək, eyni zamanda Fars körfəzi ilə Qara dənizi əlaqələndirən əlverişli avtomobil marşrutunun mühüm tərkib hissəsini təşkil edəcək.