Sərxoş halda təcili tibbi yardım maşını ilə qəza törətdi - Ölən var

serxos-halda-tecili-tibbi-yardim-masini-ile-qeza-toretdi
Oxunma sayı: 3984

Ağsuda ölümlə nəticələnən yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, dünən saat 21 radələrində Ağsu Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinin sürücüsü İlkin Yusif oğlu Vəliyev idarə etdiyi xidməti avtomobillə piyadanı vurub. Nəticədə piyada, rayonun Qaraqaşlı kənd sakini Bəkirov Natiq İlyaz oğlu hadisə yerində ölüb.

Həmçinin oxuyun: Наследие Фазиля Мамедова - Фото

İlkin araşdırmalar zamanı təcili tibbi yardım maşınının sürücüsünün hadisə vaxtı sərxoş halda olması müəyyən edilib.

Faktla bağlı Ağsu Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.

Nizam Rza