Silahlı insidentin olduğu yerdə Röya konsert verəcəkmiş

silahli-insidentin-oldugu-yerde-roya-konsert-verecekmis
Oxunma sayı: 6449

Xəbər verdiyimiz kimi, Moskvada “Crocus City Hall” ticarət mərkəzində silahlı insident baş verib. Nəticədə 40 nəfər həlak olub, 130 nəfər xəsarət alıb.

“Qafqazinfo”nun məlumatına görə, terror aktının törədildiyi ticarət mərkəzinin nəzdindəki “Vegas City Hall”da Xalq artisti Röya Ayxanın bu gün konserti olacaqmış.

Baş vermiş hadisə ilə əlaqədar konsert təxirə salınıb.

Konsert barədə tezliklə ictimaiyyətə məlumat veriləcək. Hazırda “Vegas Hall”da insanlar təxliyyə edilir.