Siqaret qaçaqmalçılığı cinayəti - Kapitan həbsdə qaldı

siqaret-qacaqmalciligi-cinayeti
Oxunma sayı: 1278

Ölkəyə dəniz yolu ilə külli miqdarda qaçaqmal siqaret keçirilməsi ilə bağlı ittiham olunan zabitlərdən daha birinin həbs müddəti uzadılıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Neftçala sahil mühafizəsinin bölmə rəisi kapitan Vüsal Sadıqov yenidən məhkəməyə çıxarılıb.

Prokuror irihəcmli cinayət işi üzrə 3 aylıq müddətin kifayət etmədiyini deyib, istintaqın gedişatına ehtimal olunan təsiri nəzərə alaraq təqsirləndirilən şəxsin həbsdə qalmasının davamına qərar verilməsini xahiş edib.

Müdafiə tərəfinin etirazına baxmaraq, hakim təqdimatı əsaslı hesab edib. Qərara əsasən, kapitan Sadıqovun həbsdə saxlanılma müddəti daha 3 ay uzadılıb.

Qeyd edək ki, eyni cinayət işi üzrə onlarla həbs edilən var. Cinayət işi Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılır.

Sail Ağasəlim