Şirvan sakinindən tapança götürüldü

sirvan-sakininden-tapanca-goturuldu
Oxunma sayı: 570

Şirvanda tutulan şəxsdən tapança aşkarlanıb.

“Qafqazinfo” xəbər verir ki, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində üzərində qanunsuz olaraq odlu silah saxlayan M.Bayramov saxlanılıb.

Adıçəkilən şəxsdən 1 ədəd “Makarov” markalı tapança və 2 ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.