Şirvanda Heydər Əliyevin xatirəsi silsilə tədbirlərlə anılıb - Fotolar

sirvanda-heyder-eliyevin-xatiresi-silsile-tedbirlerle-anilib
Oxunma sayı: 1504

Şirvanda ümummilli lider Heydər Əliyevin xatirəsi silsilə tədbirlərlə anılıb.

“Qafqazinfo” xəbər verir ki, Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, şəhid ailələri, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri öncə şəhərin mərkəzi meydanında ucalan ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə tər gül dəstələri düzərək əziz xatirəsini dərin hörmət və ehtiramla yad ediblər.

Abidə ziyarət olunduqdan sonra iştirakçılar Şirvan Şəhər Heydər Əliyev Mərkəzində ulu öndərin həyat və fəaliyyətinin müxtəlif məqamlarını əks etdirən eksponantlarla tanış olublar.

Daha sonra tədbir ehsanı süfrəsi arxasında davam edib. Tədbirdə öncə ümummilli lider Heydər Əliyevin və respublikamızın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olan vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İlqar Abbasov məruzə ilə çıxış edərək qeyd edib ki, ümummilli liderin Azərbaycana rəhbərlik etdiyi illərdə onun zəngin dövlətçilik təcrübəsi və müdrikliyi sayəsində Azərbaycan sabit inkişaf yoluna qədəm qoyub. Bu gün hər birimiz ulu öndərin əziz xatirəsini böyük sevgi və hörmətlə anırıq. Ulu öndər Azərbaycanı parçalanmaqdan, bir dövlət kimi yox olmaq təhlükəsindən xilas edib. Azərbaycan xalqı ona güvənib, ona inanıb və bu gün ulu öndərin layiqli davamçısı, qalib Ali Baş Komandan İlham Əliyevin öz qətiyyəti, cəsarəti və müdrikliyi ilə bu böyük yolu uğurla davam etdirdiyini vurğulayıb.

Sonra Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında tarixi xidmətlərindən bəhs edən “Millət  atası” filmi nümayiş olunub.