“Sistemlərimiz bir topa metal tullantısı idi”

sistemlerimiz-bir-topa-metal-tullantisi-idi
Oxunma sayı: 1566

“Əvvəlki hakimiyyətdən bizə qalan Hava Hücumundan Müdafiə (HHM) sistemləri sözün əsl mənasında bir topa metal tullantısı idi”. 

“Qafqazinfo” “Sputnik Ermənistana”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan ölkənin sabiq prezidenti Serj Sarkisyanın müsahibəsinə cavab olaraq bildirib.

“Müttəfiqlər modernləşdirmə ilə bağlı sorğularımıza etinasız yanaşırdılar. Əks halda, 2018-ci ilə qədər bizdə bu qədər metal tullantısı olmazdı”, - Paşinyan yazıb.

Xatırladaq ki, Serj Sarkisyan bir gün öncə verdiyi müsahibədə Ermənistanın 44 günlük müharibənin ilk saatlarında HHM sisteminin yarısını necə itirə bilməsi ilə bağlı təəccübünü ifadə etmişdi.