Şoyqunun nəvəsi oldu

soyqunun-nevesi-oldu
Oxunma sayı: 2384

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun qızı, Rusiya Triatlon Federasiyasının prezidenti Kseniya Şoyqu qız övladı dünyaya gətirdiyini açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda o, teleqram kanalında məlumat verib.

“Sadəcə adi bir gün: məşq, iş, mesajlar, zənglər və doğuş üçün qısa bir fasilə”, - paylaşımda deyilir.

O əlavə edib ki, “hamı sağlam və çox xoşbəxtdir”.