“Starmer istefa verəcək” - Tramp

starmer-istefa-verecek
Oxunma sayı: 976

ABŞ Prezidenti Donald Tramp Böyük Britaniyanın Baş naziri Kir Starmerin tezliklə vəzifəsindən istefa verəcəyinə əminliyini ifadə edib.

“Qafqazinfo” xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə özünə məxsus sosial şəbəkə hesabında paylaşım edib.

Tramp Britaniya hökumətinin başçısını kəskin tənqid edərək yazıb:

“Kir Starmer Birləşmiş Krallığın Baş naziri postundan istefa verəcək. O, iki mühüm istiqamətdə — immiqrasiya və energetika sahəsində tamamilə uğursuzluğa düçar oldu”.