Stoltenberq ABŞ Konqresindən gileyləndi

stoltenberq-abs-konqresinden-gileylendi
Oxunma sayı: 1379

NATO-nun Baş katibi Yens Stoltenberq ABŞ Konqresinin Kiyevə hərbi dəstəyi davam etdirmək barədə hələ də qərar qəbul etməməsini döyüş meydanına mənfi təsir kimi qiymətləndirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Baş katib Ukraynanın cəbhədəki uğursuzluqlarının gecikən yardım paketi ilə əlaqəli olduğunu bildirib:

“Ümid edirəm ki, ABŞ gec ya da tez bu qərarı verəcək. Ukraynaya dəstəyin davam etməsi üçün ABŞ Konqresinin bu paketi təsdiqləyəcəyini gözləyirəm, çünki Ukraynaya dəstək xeyriyyəçilik deyil, öz təhlükəsizliyimizə yatırdığımız sərmayədir”.

Qeyd edək ki, ABŞ Konqresinin yuxarı palatası olan Senat Ukraynaya 60 milyard dollarlıq qanun layihəsini təsdiqləyib.

Nümayəndələr Palatasının spikeri Mayk Conson isə qanun layihəsini səsverməyə qoymayacağını bəyan edib.