Suares bu dəfə komanda yoldaşını dişlədi - Video

suares-bu-defe-komanda-yoldasini-disledi
Oxunma sayı: 1636

“İnter Mayami”nin hücumçusu Luis Suares KONKAKAF Çempionlar Kubokunun 1/4 finalında keçirilən “Los Anceles”lə cavab matçında (3:1) komanda yoldaşı Jordi Albanı dişləyib.

“Qafqazinfo” xəbər verir ki, hadisə iki komandanın futbolçuları arasında düşən dava zamanı baş verib.

O, bilmədən J.Albanın əlini dişləyib. Suaresin bu hərəkəti Albanı özündən çıxarıb. 

Qeyd edək ki, L.Suares rəqib oyunçuları dişləməklə məşhurdur. Uruqvaylı forvard Avropada karyerası zamanı Otman Bakkal (2010), Branislav İvanoviç (2013) və Corco Kyellinini (2014) dişləyib.