Sosial şəbəkələrdə 170 saylı müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobusun sürücüsünün sükan arxasında telefondan istifadə etməsinə dair görüntülər yayılıb.
“Xaliq Faiqoğlu” şirkətindən “Qafqazinfo”ya bildirilib ki, həmin sürücü ilə bağlı tədbir görülüb:
“170 saylı müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobusun sürücüsünün sükan arxasında kobud qayda pozuntularına yol verməsi barədə məlumat araşdırılıb. Sürücü P.Salehliyə sonuncu xəbərdarlıq edilməklə şiddətli töhmət verilir. Həmçinin sürücülər bu kimi halların yolverilməz olması barədə növbəti dəfə təlimatlandırılıb”.
Son xəbərlər
Son Xəbərlər