Sumqayıt stadionunda faciəvi hadisə

sumqayit-stadionunda-facievi-hadise
Oxunma sayı: 1240

Sumqayıt şəhəri Mehdi Hüseynzadə küçəsində yerləşən stadiondan meyit tapılıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə mayın 6-sı saat 09 radələrində qeydə alınıb.

Stadiondakı idman zalından oranın inzibatçısı Zəngilan rayon sakini 1999-cu il təvəllüdlü Cəmil Allahverdi oğlu Hətəmxanovun meyiti aşkar edilib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.