“Sumqayıt” “Turan Tovuz”u məğlub etdi

sumqayit-turan-tovuzu-meglub-etdi
Oxunma sayı: 1354

Bu gün Azərbaycan Premyer Liqasında 31-ci tura start verilib.

“Qafqazinfo”xəbər verir ki, günün yeganə matçı Tovuzda keçirilib.

“Turan Tovuz” “Sumqayıt”ı qəbul edib. Qarşılaşma qonaq komandanın qələbəsiylə yekunlaşıb.

Meydan sahibləri 42 xalla altıncı, “gənclik şəhəri” təmsilçisi isə 47 xalla ikinci pillədə qərarlaşıb.

Turun digər matçları aprelin 20-21-də gerçəkləşəcək.

Azərbaycan Premyer Liqası
31-ci tur
19 aprel

“Turan Tovuz” – “Sumqayıt” 1:4
Qollar: Otto Con, 52-pen – Şəhriyar Əliyev, 15-öz qapısına. Erik Sorqa, 22. Səbuhi Abdullazadə, 88. Cordan Rezabala, 90+5.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Allahverdiyev.
Tovuz şəhər stadionu, 16:30.