“Super İntellekt” Fərmanı imzaladı - Yenilənib

super-intellekt-fermani-imzaladi
Oxunma sayı: 440

ABŞ Prezidenti Donald Tramp Süni İntellektin (AI) adının dəyişdirilərək “Super İntellekt” (Superintelligence) adlandırılması barədə Fərman imzalayacağını bəyan edib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, Tramp bu barədə Ağ Evdə Amerikanın aparıcı texnologiya korporasiyalarının nümayəndələri ilə görüşündə bildirib.

“O, süni deyil və biz hamımız bununla razıyıq. Biz onun adını rəsmən “Super İntellekt” olaraq dəyişdirəcəyik”, – deyə ABŞ lideri vurğulayıb.

Texnologiyanın dövlət tərəfindən tənzimlənməsi imkanlarına toxunan Tramp bu sahədə “özünü tənzimləmə” prinsipinin tətbiqini qeyd edib.

Xatırladaq ki, bu ayın əvvəlində Tramp “süni intellekt” terminini bəyənmədiyini bildirmiş və üç alternativ variant təklif etmişdi: “Ali intellekt”, “Ekstremal intellekt” və ya “Super intellekt”. ABŞ Prezidentinin fikrincə, bu adlar sürətlə inkişaf edən texnoloji inqilabı daha dəqiq ifadə edir. Bu bəyanatdan dərhal sonra ABŞ Dövlət Departamenti amerikalı diplomatlara rəsmi sənədlərdə süni intellekti “super intellekt” kimi adlandırmağı tapşırıb.

***

ABŞ Prezidenti Donald Tramp vətəndaşlara dövlət xidmətlərinin göstərilməsi üçün süni intellekt əsasında vahid rəqəmsal platformanın yaradılması haqqında sərəncam imzalayıb