Suriyanın mərkəzində avtobusa silahlı hücum nəticəsində 7 nəfər həlak olub, 4 nəfər yaralanıb.
“Qafqazinfo” SANA-ya istinadən xəbər verir ki, hücum Homs əyalətində qeydə alınıb.
Hadisəni törədən şəxslərin kimliyi hələ müəyyənləşdirilməyib.
Adının açıqlanmasını istəməyən təhlükəsizlik mənbəyi əvvəlcə AFP-yə 5 nəfərin öldüyünü bildirib. Mənbənin sözlərinə görə, avtobusda özəl şirkətin mühəndis və işçiləri, həmçinin Suriya Elektrik Şirkətinin əməkdaşı olub.
Avtobusa hücumdan qısa müddət əvvəl dövlət mediası Dəməşq yaxınlığındakı əsas elektrik stansiyalarından birinin yaxınlığında qaz kəmərində partlayış baş verdiyini açıqlayıb.
Son xəbərlər
Son Xəbərlər