Suriyada dəhşətli qəza - 35 nəfər öldü

suriyada-dehsetli-qeza
Oxunma sayı: 552

Suriyanın paytaxtı Dəməşqi ölkənin şərqində yerləşən Deyr-əz-Zor vilayəti ilə birləşdirən magistral yolda iki avtobusun toqquşması nəticəsində dəhşətli qəza baş verib.

“Qafqazinfo” “Al-Jazeera”yə istinadən xəbər verir ki, mövcud hadisəyə görə 35 nəfər ölüb, onlarla insan yaralanıb.

Məlumata görə, qəza mülki avtobusla Daxili İşlər Nazirliyinə məxsus avtobusun toqquşması nəticəsində baş verib.

Bildirilib ki, hadisə yerində xilasetmə əməliyyatlarına Suriya hərbi helikopterləri də cəlb olunub.

Qəzanın başvermə səbəbi hələlik açıqlanmayıb.