Bakıda bəzi küçələrdə yeni yol nişanları quraşdırılıb.
“Qafqazinfo” xəbər verir ki, həmin nişanlara əsasən, yolayrıclarında işıqfor əgər qırmızıdırsa, sağa dönmək istəyən vətəndaşlar digər nəqliyyat vasitələrinə mane olmamaq şərti ilə sağa dönə bilərlər.
Bunun üçün “Yol verməklə dönmək olar” nişanı quraşdırılıb. Lakin bəziləri onu ya görmürlər, ya da görsələr də, mahiyyətini başa düşmürlər.
Sürücülərin çoxu nişan barədə məlumatlarının olmadığını söyləyiblər.
“Nişanı görmüşəm. Amma adam dönməyə ürək etmir”, “Birinci dəfədir görürəm. Belə nişanın olduğunu bilmirdim”, – deyə sürücülər məsələyə münasibət bildiriblər.
Qeyd edək ki, paytaxt yollarında quraşdırılan sözügedən nişan 2019-cu ildə “Yol hərəkəti haqqında” Qanuna dəyişikliklə qəbul edilib. 5.53 nişanı sürücülərə daim sağa dönməyə icazə verir.
Daha ətraflı “Baku TV”nin süjetində:
Son xəbərlər
Son Xəbərlər