Gürcüstanın paytaxtı Tbilisidə hökumət əleyhinə keçirilən etiraz aksiyası zamanı Daxili İşlər Nazirliyinin 32 əməkdaşı xəsarət alıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Gürcüstan DİN yayıb.
Bildirilib ki, onların əksəriyyəti baş, göz və bədənin digər hissələrindən ağır xəsarətlər alıb, yaralılardan 13-nə cərrahi müdaxilə tələb olunub.
Bununla yanaşı, aksiya zamanı 43 etirazçı saxlanılıb.
Xatırladaq ki, dünən Tbilisidə hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyasının respublikanın Avropa İttifaqına (Aİ) inteqrasiya prosesini müvəqqəti dayandırmaq qərarına qarşı etiraz aksiyası keçirilib. Aksiyada Gürcüstan Prezidenti Salome Zurabişvili də iştirak edib.