İranda hakimiyyət əleyhinə etirazlar artıq 18-ci gününə qədəm qoyub.
“Qafqazinfo” xəbər verir ki, sosial şəbəkələrdə etirazlarla bağlı yeni görüntülər yayılıb.
Məlumata əsasən, hazırda Tehranın müxtəlif küçə və meydanlarında etirazçılardan ibarət izdiham müşahidə olunur.
Yerli və beynəlxalq mənbələrin məlumatına görə, şəhərin bir sıra bölgələrində etiraz aksiyaları davam edir.
Bildirilir ki, İran İnqilab Keşikçiləri rabitə və internetlə bağlı nəzarət tədbirləri çərçivəsində, o cümlədən, “Starlink” avadanlıqlarının istifadəsinin qarşısını almaq məqsədilə müxtəlif yoxlamalar aparır.
Son xəbərlər
Son Xəbərlər