Tehran Vaşinqtonun həmin təklifini rədd etdi

tehran-vasinqtonun-hemin-teklifini-redd-etdi
Oxunma sayı: 570

Tehran Vaşinqtonun Hörmüz boğazının açılması ilə bağlı son təklifini rədd edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Al Mayadeen” kanalı məlumat yayıb.

Məlumatda qeyd olunur ki, İran ABŞ-nin son təklifinə cavab olaraq, münaqişə tam başa çatana qədər Hörmüz boğazını açmaqdan imtina edib.

Bildirilir ki, Vaşinqton Hörmüz boğazındakı cənub dəniz marşrutunun bağlanması məsələsində Tehrana güzəştlərə gedib.