Tərtər bu gün... - Video+Fotolar

terter-bu-gun
Oxunma sayı: 10496

Cəbhənin Tərtər istiqamətində döyüşlər davam edir. 

“Qafqazinfo”nun cəbhə bölgəsinə ezam olunmuş əməkdaşlarının verdiyi məlumata görə, düşmən ağır artilleriyadan istifadə etməklə həm Tərtərin mərkəzi hissəsini, həm də ətraf kəndlərini atəşə tutub. 

Bütün gün ərzində düşmənin yaşayış məntəqələrinə atdığı 2 mindən çox mərmi nəticəsində bir sıra yaşayış evləri və ictimai iaşə obyektləri dağılıb. Hazırda vəziyyət gərgin olaraq qalır.

Cəbhə bölgəsindən hazırladığımız videoreportajı təqim edirik:

Emin Səfərov

Foto-Video: Pərvin Zeynal