Türkiyə Futbol Federasiyası (TFF) mərc oyunları ilə bağlı aparılan araşdırma çərçivəsində yeni qərarlar qəbul edib.
“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, istintaq nəticəsində 108 məşqçi və 104 futbol meneceri Peşəkar Futbol İntizam Şurasına (PFDK) göndərilib.
Siyahıda məşqçilər arasında tanınmışlardan Gökhan Ünal, Sercan Yıldırım və Cüneyt Dumlıpınarın adı yer alıb.
TFF-nin yaydığı bəyanatda deyilir: “Türkiyə Futbol Federasiyası tərəfindən aparılan mərc oyunları ilə bağlı araşdırmanın bir hissəsi olaraq, son 5 ildə Peşəkar Liqalarda baş məşqçi vəzifəsində çalışmış və vəzifələri müddətində mərc etdiyi aşkarlanan aşağıdakı şəxslərin Futbol İntizam Qaydalarının 57-ci maddəsinə uyğun olaraq, 7 yanvar 2026-cı il tarixindən etibarən ehtiyat tədbiri olaraq PFDK-ya göndəriləcəyi qərara alınıb”.
Qeyd edək ki, bir müddət öncə mərc oyunlarında iştirak etdiyi üçün futbolçular və hakimər Peşəkar Futbol İntizam Komitəsinə (PFDK) göndərilmişdi.







Son xəbərlər
Son Xəbərlər