Tokayev Xəzərdəki hadisəyə görə onları da vəzifədən azad etdi

tokayev-xezerdeki-hadiseye-gore-onlari-da-vezifeden-azad-etdi
Oxunma sayı: 763

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Müdafiə Nazirliyinin üç yüksəkrütbəli rəsmisini tutduğu vəzifədən azad edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Qazinform” agentliyi məlumat yayıb.

Bildirilib ki, müvafiq fərmanlara əsasən, Qanış Əbubəkirov müdafiə nazirinin birinci müavini və Silahlı Qüvvələrin Baş Qərargah rəisi, Almaz Jumakeyev müdafiə nazirinin müavini, Qanat Niyazbəkov isə Hərbi Dəniz Qüvvələrinin baş komandanı vəzifəsindən kənarlaşdırılıb.

Qeyd edilib ki, bu qərarlar sentyabrın 24-də Xəzər dənizində keçirilən hərbi təlimlər zamanı baş verən ölümcül insidentlə bağlıdır.

Xatırladaq ki, bundan əvvəl Prezident Tokayevin müdafiə naziri Kosanovu da vəzifəsindən azad etdiyi bildirilmişdi.