Tovuz rayonunda silahlı insident baş verib.
“Qafqazinfo” xəbər verir ki, rayon sakini 1961-ci il təvəllüdlü M.İsayeva odlu silahdan açılan atəşlə qətlə yetirilib.
Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 1997-ci il təvəllüdlü Ülvi İsayev saxlanılaraq istintaqa təhvil verilib. Onun qadının qardaşı oğlu olduğu bildirilib.
Faktla bağlı araşdırma başlanılıb.
Son xəbərlər
Son Xəbərlər