“Trabzonspor” baş məşqçisini istefaya göndərdi

trabzonspor-bas-mesqcisini-istefaya-gonderdi
Oxunma sayı: 2921

Türkiyənin “Trabzonspor” futbol komandası baş məşqçi Hüseyn Çimşirlə yollarını ayırıb.

“Qafqazinfo” xəbər verir ki, klubun məlumatına görə, 41 yaşlı baş məşqçi ilə müqavilə qarşılıqlı razılıq əsasında ləğv edilib.

Qeyd edək ki, vaxtilə baş məşqçi Ünal Karamanın yerinə gətirilmiş Hüseyin Çimşir 21 matçdan 12 qələbə, 7 heç-heçə və 2 məğlubiyyətlə ayrılıb.