ABŞ Prezidenti Donald Tramp Cənubi Afrika Respublikasındakı həmkarı Siril Ramafosaya məktub göndərərək yerinə yetirildiyi təqdirdə iki ölkə arasındakı münasibətləri yaxşılaşdıra biləcək tələbləri irəli sürüb.
“Qafqazinfo” xəbər verir ki, “Daily Maverick” nəşri mənbələrə istinadən bu barədə məlumat yayıb.
Nəşrin məlumatına görə, məktub Afrika liderinə ABŞ-nin Cənubi Afrikadakı səfiri Leo Brent Bozell tərəfindən çatdırılıb. Məktubda, digərləri ilə yanaşı, aşağıdakı tələblər də yer alıb:
ölkə qoşulmama siyasətinə dəstək nümayiş etdirməlidir;
ABŞ-nin rəqiblərindən məsafə saxlamaq;
fermerlərin zorakılıqdan qorunmasını prioritetləşdirmək;
torpaqların kompensasiya ödənilmədən özgəninkiləşdirilməsi haqqında qanunu ləğv etmək;
Cənubi Afrika prezidentinin sözçüsü Vinsent Maqvenya bildirib ki, lider bu müraciətə müvafiq vaxtda cavab verəcək.
Son xəbərlər
Son Xəbərlər