Tramp istəyinə çatdı - Qrenlandiya ilə bağlı saziş imzalandı

tramp-isteyine-catdi
Oxunma sayı: 968

ABŞ Prezidenti Donald Tramp, Danimarkanın Baş naziri Mette Frederiksen və Qrenlandiyanın Baş naziri Yens-Frederik Nilsen adanın təhlükəsizliyinin təmin edilməsi öhdəliklərinin bir hissəsinin Vaşinqtona həvalə olunmasını nəzərdə tutan müqavilə imzalayıblar.

“Qafqazinfo” xəbər verir ki, sənədin imzalanma mərasimi BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində baş tutub və rəsmi kadrlar Ağ Evin “YouTube” kanalında yayımlanıb.

Əldə olunan razılaşma ABŞ-yə Qrenlandiyada hərbi iştirakını dərhal artırmaq, o cümlədən adada iki yeni hərbi baza tikmək hüququ verir.

Müqavilənin əsas şərtləri aşağıdakılardır:

1. NATO-ya üzv olmayan ölkələrin Qrenlandiyada hərbi baza yerləşdirməsinə qadağa qoyulur;

2. Çin və Rusiyadan gələn investisiyaları bloklamağa imkan verən xüsusi yoxlama mexanizmi yaradılır;

3. Qrenlandiya əhalisinə öz siyasi gələcəyini müstəqil şəkildə seçmək imkanı saxlanılır;

4. Adanın hansısa ərazisinin rəsmən ABŞ-yə dövr edilməsini nəzərdə tutan heç bir bənd yoxdur.

Qeyd edək ki, sentyabrın 19-da Tramp ABŞ və Danimarkanın Qrenlandiyanın təhlükəsizliyinə nəzarətin Vaşinqtona verilməsi barədə razılığa gəldiyini elan etmişdi. Danimarka və Qrenlandiya hakimiyyəti isə adanın suverenliyinin Vaşinqtona verilmədiyini xüsusi vurğulayıblar.