ABŞ Prezidenti Donald Tramp Kanadanın Baş naziri Mark Karni və Ontario vilayətinin Baş naziri Daq Ford da daxil olmaqla, kanadalı siyasətçiləri “təlxək” adlandırıb.
“Qafqazinfo” xəbər verir ki, ABŞ dövlət başçısı bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Tramp bildirib ki, Birləşmiş Ştatlar onilliklər ərzində Kanadaya dəstək verib, lakin bu, artıq belə davam etməyəcək. O, zəif idarəçiliyə görə Ottavanın Vaşinqtonla əməkdaşlığın üstünlüklərindən yararlana bilməyəcəyini vurğulayıb:
“Unutmayın ki, Kanadanın aldığı elektrik enerjisi, neft və qazın böyük hissəsi ABŞ ərazisindən tranzit olunur. Kimsə bu təlxəkləri qaydalara tabe olmağa məcbur etməlidir, əks halda Kanada üçün fəsadları çox daha ağır olacaq!”
Ağ Ev rəhbəri əlavə edib ki, Kanadada işsizlik səviyyəsi 10 faizə çatıb və artmaqda davam edir. Onun sözlərinə görə, uğursuz siyasət və səriştəsiz rəhbərlik səbəbindən kanadalı iş adamları ölkəni tərk edərək ABŞ-yə axın edirlər.
Son xəbərlər
Son Xəbərlər