Tramp öz cibinə də ziyan vurdu - 500 milyon itirdi

tramp-oz-cibine-de-ziyan-vurdu
Oxunma sayı: 1524

ABŞ Prezidenti Donald Tramp özünün tətbiq etdiyi rüsumlar səbəbindən 500 milyon dollar itirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Forbes” məlumat yayıb.

Qeyd olunub ki, Trampın sərvəti bir həftə ərzində 4,7 milyard dollardan 4,2 milyard dollara qədər azalıb.

Məlumata görə, Trampın ən böyük itkisi onun ən qiymətli aktivi olan “Trump Media and Technology Group” ilə bağlıdır.

Amerika liderinin daşınmaz əmlak və xidmət sahəsindəki şirkətləri də itki ilə üzləşib.

Xatırladaq ki, Trampın tətbiq etdiyi idxal rüsumları fonunda milyarder İlon Maskın sərvəti də 300 milyard dollardan aşağı düşüb.