Tramp Pentaqon rəhbərini istefaya göndərdi

tramp-pentaqon-rehberini-istefaya-gonderdi
Oxunma sayı: 1610

ABŞ Prezidenti Donald Tramp Pentaqonun rəhbəri mark Esperi istefaya göndərib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Tramp Tvitter səhifəsində yazıb. O, Esperin yerinə Milli Terrorla Mübarizə Mərkəzinin rəhbəri Kristofer Milleri təyin edib.

“Kris əla işləyəcək. Mark Esper vəzifəsindən uzaqlaşdırıldı. Ona xidmətinə görə təşəkkür edirəm”, - deyə Tramp yazıb.