Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ-li həmkarı Donald Tramp ilə Ağ Evdəki görüşü nəticəsiz başa çatıb.
“Qafqazinfo” “Strana” nəşrinə istinadən xəbər verir ki, gözləntilərin əksi olaraq danışıqlar heç bir dönüş nöqtəsi yaratmayıb.
“Əvvəlcədən bu görüşlərin ABŞ-nin, ən azı Ukrayna üzrə siyasətində dönüş nöqtəsi olacağına dair çoxlu proqnozlar var idi. Lakin yekunda ictimai müstəvidə yalnız kifayət qədər qısa və eyni tipli şərhlər gördük”, – deyə nəşrin məlumatında bildirilir.
Xatırladaq ki, görüşdən sonra V. Zelenski Trampla “Patriot” zenit-raket kompleksi üçün raket-tutucuların istehsalı lisenziyalarını müzakirə etdiyini bildirib. Tərəflər, həmçinin diplomatik prosesin fəallaşdırılması barədə də danışıblar. Ukrayna Prezidenti bu görüşü “yaxşı” adlandırmışdı.
Son xəbərlər
Son Xəbərlər