“Az əvvəl Prezident Trampla danışdım. Nyu-Yorkda görüşmək barədə razılığa gəldik”.
“Qafqazinfo” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “X” hesabında yazıb.
“Az əvvəl Prezident Trampla danışdım. Bu, mühüm bir söhbət idi və bir çox məsələni müzakirə etdik. Biz Nyu-Yorkda görüşmək barədə razılığa gəldik və bu görüş çox şeyi dəyişə bilər. Hazırda diplomatik fəallıq müşahidə olunur”, - deyə Zelenski bildirib.
Ukrayna lideri ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Cared Kuşnerin Kiyevə səfərinə görə Trampa təşəkkür etdiyini də qeyd edib. Onun sözlərinə görə, tərəflər əsas məsələləri ətraflı nəzərdən keçirib, Uitkof və Kuşner Ukraynadakı vəziyyəti şəxsən müşahidə ediblər.
Zelenski sülh prosesinin Ukrayna üçün əsas prioritet olduğunu vurğulayıb.
O, həmçinin gərginliyin azaldılması və fundamental təhlükəsizlik məsələlərinin, o cümlədən, enerji və ərzaq təhlükəsizliyinin təmin edilməsi, insan həyatının qorunması ilə bağlı ideyaların mövcud olduğunu bildirib.
“Biz Amerika komandası ilə birlikdə işləyirik və həqiqətən, ciddi addımlar atmağa hazırıq”, - deyə Zelenski yazıb.
Ukrayna Prezidenti Lindsi Qremin təklif etdiyi qanun layihəsini təsdiqlədiyinə görə də Trampa təşəkkürünü bildirib.
“Hamımız həmfikirik: sülh bərqərar olmalıdır. Ukraynanın yanında olan hər kəsə təşəkkür edirəm! Dəstək verən hər kəsə minnətdaram!” - deyə Zelenski qeyd edib.
Son xəbərlər
Son Xəbərlər