TRIPP üzrə çərçivə sazişini imzaladılar - Video

tripp-uzre-cercive-sazisini-imzaladilar
Oxunma sayı: 648

Ermənistan və ABŞ TRIPP layihəsi üzrə çərçivə sazişini imzalayıblar.

“Qafqazinfo” “Armenpress”ə istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistan Xarici İşlər Nazirliyi yayıb. 

Nazirlik ölkənin XİN rəhbəri Ararat Mirzoyanın sözügedən sənədi imzalamasını əks etdirən görüntülər yayıb. 

A.Mirzoyan bildirib ki, həmin sənəd ABŞ dövlət katibi Marko Rubionun mayın 26-da İrəvana səfəri zamanı paraflanıb: “Rubio artıq sənədi imzalayıb və o, imzalanması üçün Ermənistana göndərilib”.

O, bununla da, sazişin ratifikasiya üçün hazır olduğunu diqqətə çatdırıb.