Türkiyə millisinin futbolçusu Çağlar Söyüncü zədə səbəbindən yığmanın heyətindən çıxarılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb.
28 yaşlı müdafiəçi “Fənərbaxça”nın heyətində Türkiyə Superliqasının XII turunda qarşılaşdıqları “Sivasspor” matçında zədələnib.
Qeyd edək ki, “ay-ulduzlular” UEFA Millətlər Liqasında noyabrın 16-da Uels, 3 gün sonra isə Monteneqro iilə qarşılaşacaqlar.