Türkiyədə Azərbaycan vətəndaşı ağır yol-nəqliyyat hadisəsi nəticəsində həlak olub.
“Qafqazinfo” DHA-ya istinadən xəbər verir ki, qəza Sivasın Yıldızeli rayonunda baş verib.
Belə ki, Sivas-Tokat avtomobil yolunun Çamlıbel aşırımında Azərbaycan vətəndaşı Elməddin Qurbanovun idarə etdiyi yük avtomobili Tokat istiqamətində hərəkət edən Davut Kayalının idarə etdiyi digər yük avtomobili ilə toqquşub. Qəza zamanı E.Qurbanov hadisə yerində keçinib. Onun cəsədi aidiyyətı üzrə təhvil verilib.
Digər nəqliyyat vasitəsində olan sürücü və sərnişin xəsarət alıblar. Yaralılar xəstəxanaya çatdırılıb. Qəza ilə bağlı istintaq aparılır.





Son xəbərlər
Son Xəbərlər