Türkiyədə avtobus qəzaya düşdü, 22 yaralı - Fotolar

turkiyede-avtobus-qezaya-dusdu-22-yarali
Oxunma sayı: 302

Türkiyənin Afyonkarahisar vilayətində sərnişin avtobusunun iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” İHA agentliyinə istinadən xəbər verir ki, qəza Sinanpaşa bölgəsi ərazisində qeydə alınıb.

İstanbuldan Antalyaya gedən avtobus yolayrıcılarından birində qeyri-müəyyən səbəbdən hasara çırpılaraq aşıb. 

Qəza nəticəsində 22 nəfər xəsarət alıb. Hadisə yerinə dərhal polis bölmələri, tibb işçiləri və yanğınsöndürənlər gəlib.

Yaralılar ilkin yardım göstərildikdən sonra xəstəxanalara çatdırılıblar.