Türkiyədə daha bir cinayətkar dəstə çökdürüldü - Video

turkiyede-daha-bir-cinayetkar-deste-cokduruldu
Oxunma sayı: 2273

Türkiyənin Batman vilayətinin 8 rayonunda həyata keçirilən “Mahzen-30” əməliyyatında Doğan Güneyin rəhbərlik etdiyi “Odacılar” mütəşəkkil cinayətkar dəstəsi çökdürülüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya “X” hesabında məlumat verib.

O, cinayətkarlıqla məşğul olanlara qarşı əməliyyatların davam etdiyini vurğulayıb: “Əməliyyatlar zamanı mütəşəkkil cinayətkar qruplaşmanın rəhbərlərindən olan Yonca Onat da daxil olmaqla 34 şübhəli saxlanılıb. İstəyirəm ki, əziz millətimiz bunu bilsin ki, hansı böyüklükdə olursa-olsun, mütəşəkkil cinayətkar təşkilatları sıradan çıxarıb ədalətə təslim edəcəyik. Əməliyyatlarımız dan yeri ağaranda da, günəş batanda da  davam edəcək”.