Türkiyədə hərbi helikopterlər toqquşdu, ölənlər var - Biri generaldır - Yenilənib

turkiyede-herbi-helikopterler-toqqusdu-olenler-var
Oxunma sayı: 5606

Türkiyənin Isparta şəhərində hərbi helikopter qəzaya düşüb.

“Qafqazinfo” “TRT Haber”ə istinadən xəbər verir ki, helikopter şəhərin Keçiborlu bölgəsində yanacaqdoldurma məntəqəsinin yaxınlığında qəzaya uğrayıb.

Hadisə ilə bağlı digər detallar hələ açıqlanmayıb.

***

Isparta valisi Abdullah Erin qəza nəticəsində biri təlim komandiri olmaqla 5 əsgərin həlak olduğunu açıqlayıb.

Onun sözlərinə görə, təyyarənin göyərtəsində olan digər şəxslərin axtarışları davam etdirilir.

***

“TRT Haber”in məlumatına görə, hadisə iki hərbi helikopterin toqquşması səbəbindən baş verib. Nəticədə bir helikopter yerə düşüb.

Helikopterdə olan 5 hərbçi həlak olub, 1 nəfər isə yaralanıb. Ölənlərdən birinin general İsa Baydilli olduğu açıqlanıb.

Digər helikopter isə heç bir tələfat olmadan yerə endirilib.

Helikopterlərin təlim uçuşu üçün havaya qalxdıqları bildirilir.

***

Qəza ilə bağlı Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Ispartada təlim uçuşu həyata keçirən UH-1 tipli helikopter qəzaya uğrayıb və 5 hərbçimiz şəhid olub.

Qəzada ağır yaralanaraq xəstəxanaya yerləşdirilən hərbçimizi isə xilas etmək mümkün olmayıb və şəhid olub.

Şəhidlərimizə Allahdan rəhmət, ailələrinə və Türkiyə Silahlı Qüvvələrimizə isə başsağlığı veririk”, - açıqlamada qeyd olunub.