Türkiyənin Eskişehir şəhərində aviasiya mühərrikləri və hərbi təyinatlı məhsullar istehsal edən “TUSAS Motor Sanayii A.S.” müəssisəsində güclü yanğın baş verib.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, yanğının istehsal sexlərinin birində baş verən partlayışdan sonra başladığı güman edilir.
Müəssisədə çalışan işçilər təcili şəkildə təxliyə edilib.
Yanğının söndürülməsinə Türkiyə Hərbi Hava Qüvvələrinin ixtisaslaşdırılmış bölmələri cəlb olunub.
Yanğının səbəbləri və mümkün zərərçəkənlər barədə hələlik rəsmi məlumat verilməyib.


Son xəbərlər
Son Xəbərlər