Türkiyədə mədən çökdü, 13 yaralı

turkiyede-meden-cokdu-13-yarali
Oxunma sayı: 604

Türkiyədə mədəndə çökmə baş verib.

“Qafqazinfo” “TRT Haber”ə istinadən xəbər verir ki, hadisə Ankaranın Beypazarı rayonunda qeydə alınıb.

Belə ki, çökmə nəticəsində 13 nəfər yaralanıb, onlardan 1-nin vəziyyəti ağırdır.

Yaralılar Beypazarı Dövlət Xəstəxanasına çatdırılıb. İkisi isə Ankaraya aparılıb.

Qeyd olunub ki, hadisə zamanı mədəndə 29 işçi olub.