Türkiyədə şagirdləri daşıyan avtobus aşdı - 19 nəfər yaralandı

turkiyede-sagirdleri-dasiyan-avtobus-asdi
Oxunma sayı: 516

Türkiyənin Diyarbəkir şəhərində şagirdləri daşıyan avtobus ilə minik avtomobili toqquşub.

“Qafqazinfo” xəbər verir ki, reabilitasiya mərkəzinin şagirdlərini daşıyan mikroavtobusun qəzaya uğraması nəticəsində 17-si şagird olmaqla, ümumilikdə 19 nəfər xəsarət alıb.

Hadisə yerinə dərhal təcili tibbi yardım və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Yaralılar xəstəxanalara yerləşdirilib, onların vəziyyətinin yaxşı olduğu bildirilir.

Faktla bağlı araşdırma başladılıb.