Türk serialları dünyada diqqət mərkəzində qalmaqda davam edir.
“Qafqazinfo” xəbər verir ki, təxminən 170 ölkədə yayımlanan istehsallar bir milyard izləyiciyə çataraq, Türkiyəni televiziya ixracatında önəmli oyunçulardan birinə çevirib.
Ölkənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy açıqlayıb ki, nazirlik yeni dəstək modeli çərçivəsində türk seriallarına hər bölüm üçün 100 min dollar maliyyə dəstəyi verəcək. Dəstək daxili yayım müddətinə əsaslanacaq, xaricdə qısaldılmış bölümlər üçün maksimum 33 min dollar nəzərdə tutulub.
O qeyd edib ki, türk serialları yalnız televiziya məhsulu deyil, həm də ölkənin tanıtım və turizm strategiyasının mühüm elementi, həmçinin “dünyanın ən böyük türk dili kursu” kimi çıxış edir. Seriallar izləyicilərin Türkiyəyə marağını artırır, türk dilini öyrənməyə təşviq edir və mədəni təsiri gücləndirir.
Nazir bildirib ki, dəstək modeli həm də çəkiliş yerlərinin təminatı, bürokratik prosedurların sürətləndirilməsi və sektorun istehsal gücünün artırılması ilə tamamlanacaq.
Son xəbərlər
Son Xəbərlər