Türkiyədə torpaq sürüşməsi oldu - Yenilənib

turkiyede-torpaq-surusmesi-oldu
Oxunma sayı: 1586

Türkiyənin İstanbul şəhərində sürüşmə baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “TRT haber” məlumat yayıb.

Xəbərə görə, hadisə şəhərin Qaziosmanpaşa bölgəsində qeydə alınıb. Baş verən sürüşmə nəticəsində 14 ev zərər çəkib, 70 nəfər isə ehtiyyat məqsədli təxliyə edilib.

Evlərdən üçü tamamilə yararsız hala düşüb.

Hadisə zamanı ölən və yaralanan olmayıb.

***

Valilikdən verilən məlumata görə, saat 19:30 radələrində Qaziosmanpaşa rayonunun Yıldıztabya məhəlləsinin Bahadır küçəsində baş verən torpaq sürüşməsi nəticəsində ümumilikdə 24 gecəqonduya ziyan dəyib. Onlardan 3-nün yararsız hala düşdüyü bildirilir.

Ehtiyat tədbiri olaraq bölgədə yaşayan 96 nəfər təxliyə edilib, hadisə yerinə çox sayda AFAD qrupları sövq edilib.