Türkiyəli futbolçu vəfat etdi

turkiyeli-futbolcu-vefat-etdi
Oxunma sayı: 3223

Türkiyəli futbolçu Mümin Talip Pazarlı 29 yaşında vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, 2-ci liqa təmsilçisi “Serik Belediyespor”un müdafiəçisi qan xərçəngindən dünyasını dəyişib.

Qeyd edək ki, mərhum futbolçu sözügedən klubda son oyununa yanvarın 31-i çıxmışdı.