Türkiyənin hərbi-siyasi rəhbərliyi İraqdadır - Foto

turkiyenin-herbi-siyasi-rehberliyi-iraqdadir
Oxunma sayı: 1556

İraqın paytaxtı Bağdadda təhlükəsizlik məsələləri ilə bağlı zirvə görüşü keçirilir.

“Qafqazinfo” “TRT Haber”ə istinadən xəbər verir ki, iclasda Türkiyə tərəfindən ölkənin XİN başçısı Hakan Fidan, milli müdafiə naziri Yaşar Güler və Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın iştirak edir. 

İclasın gündəliyində terrorla mübarizə, təhlükəsizlik və hərbi əməkdaşlıq məsələləri var.

Qeyd edək ki, tərəflər arasında ilk zirvə görüşü ötən ilin dekabrında Ankarada baş tutub.